Messinin Argentinası uduzdu, Vinisiusun Braziliyası isə...

15.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları davam edir.

Publika.az xəbər verir ki, bu gecə 11-ci turun 3 oyunu baş tutub.

Braziliya yığması Venesuelada heç-heçə edib. 62-ci dəqiqədə braziliyalılar hesabda önə keçmək imkanı qazansalar da, Vinisius Junior penaltidən yararlana bilməyib.

Lider Argentina Paraqvayın qonağı olib. Lionel Messinin kapitanı olan komanda səfərdən əliboş qayıdıb.

Günün digər matçında Ekvador Boliviyanı darmadağına sevinib.

DÇ-2026, Cənubi Amerika zonası üzrə seçmə mərhələ
11-ci tur
Venesuela – Braziliya 1:1
Qollar: Saqoviya, 46 – Rafinya, 43.

Paraqvay – Argentina 2:1
Qollar: Sanabriya, 19, Alderete, 47 – Martines, 11.

Ekvador – Boliviya 4:0
Qollar: Valensiya, 26 (pen.), Plata, 28, 49, Minda, 61.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью