Messinin Bakıda imzaladığı topu 5 minə satırlar Foto | Icma.az
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets, Xordi Alba ötən gün Bakıda səfərdə olub.
“Qafqazinfo”nun məlumatına görə, səfər çərçivəsində ulduz futbolçuların azarkeşlərlə görüşü təşkil edilib.
Bakı Kristal Zalında təşkil olunan mərasimdə futbolçular imzalı toplar hədiyyə ediblər.
Bu toplardan biri isə elan saytında 5 min manata satışa çıxarılıb. Maraqlıdır ki, elan sonradan deaktiv edilib.
Topun satılıb-satılmadığı isə sual olaraq qalır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu