Messinin Bakıya gələcəyi vaxt bilindi

04.12.2024

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi komanda yoldaşları – Luis Suares, Serxio Buskets və Jordi Alba Bakıya gələcək.

Futbolpress.az xəbər verir ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.

İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyəcəklər. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim ediləcək.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur “Morandi” qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi və mədəniyyət həvəskarları üçün unudulmaz anlar vəd edir. Bu, hər kəs üçün unikal təcrübə olacaq.

Biletləri “iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək olar.

Biletlərin satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Böyük beşlik, Əsas xəbərlər “Barselona” tarixinin ən yaxşı heyəti

30 Noyabr 2024, 9:46

Böyük beşlik, Əsas xəbərlər Messi “Barselona”nı təbrik etdi

30 Noyabr 2024, 9:11

Dünya futbolu, Əsas xəbərlər “The Best” mükafatına namizədlər açıqlandı

29 Noyabr 2024, 9:06

Dünya futbolu, Əsas xəbərlər Ronaldo, yoxsa Messi? – “Qızıl top”un qalibindən açıqlama

21 Noyabr 2024, 11:39

Böyük beşlik, Əsas xəbərlər Messi hakimi “qorxaq” adlandırdı

15 Noyabr 2024, 16:29

Böyük beşlik, Əsas xəbərlər Messi qərarını verdi

13 Noyabr 2024, 13:50

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью