Messinin Bakıya səfəri başa çatdı

11.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Albanın Bakıya səfəri başa çatıb.

Publika.az xəbər verir ki, qonaqlar bu gün Azərbaycanı tərk ediblər.

Qeyd edək ki, əfsanəvi futbolçu və dostları səfər çərçivəsində Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью