Messinin baş məşqçisi istefa verdi: Xavi İnter Mayamini çalışdıracaq?

20.11.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin "İnter Mayami" klubunun baş məşqçisi Xerardo Martino işindən ayrılıb. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis şəxsi səbəbləri görə istefa verib.

Bu barədə yerli mətbuat məlumat verib.

62 yaşlı məşqçi 2023-cü ilin iyul ayından MLS təmsilçisini çalışdırırdı.

"Barselona"nın sabiq baş məşqçisi Xavinin "İnter Mayami"yə rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, Lionel Messi, Luis Suares, Jordi Alba, Serxio Buskets kimi futbolçular "İnter Mayami"də çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью