Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kolumbus Kru” MLS-in növbəti turunda Lionel Messinin dəqiq zərbəsinə baxmayaraq, 2:1 hesabı ilə qalib gəlib
ABŞ və Kanadanın peşəkar futbol liqasında(MLS) “Kolumbus Kru” və “İnter Mayami” komandaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, sentyabrın 28-nə keçən gecə Kolumbus şəhərində keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Matçda hesab 28-ci dəqiqədə açılıb. Martin Mendez öz qazandığı penaltini dəqiq yerinə yetirərək “Kolumbus Kru”nu önə keçirib.
Lakin meydan sahiblərinin üstünlüyü uzun sürməyib. 33-cü dəqiqədə Lionel Messi cərimə zərbəsini kəskin bucaqdan birbaşa qapıya göndərərək hesabı bərabərləşdirib - 1:1.
Qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub. 90+6-cı dəqiqədə “İnter Mayami”nin futbolçusu Morales vaxtı uzatdığı üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub.
“Kolumbus Kru” isə say üstünlüyündən yararlanaraq 90+8-ci dəqiqədə qələbə qolunu vurub. Qapıçının zərbəni dəf etməsindən sonra Tiarenin tamamladığı epizod meydan sahiblərinə 2:1 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra “Kolumbus Kru” 29 xalla Şərq Konfransında 12-ci pilləyə yüksəlib. “İnter Mayami” isə 46 xalla üçüncü sırada qərarlaşıb.