Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir

30.10.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messinin Argentinanın “Nyuells Old Boyz” klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, argentinalı futbolçunun keçmiş klubuna qayıtması üçün heç bir danışıq aparılmır.

Messi və ailəsi Mayamidəki həyatlarından razıdırlar. 39 yaşlı hücumçu hazırkı müqaviləsini ən azı 2028-ci ilə qədər yerinə yetirmək niyyətindədir.

Futbolçunun ABŞ təmsilçisində daha uzun müddət qalması da istisna edilmir. Bu məsələ gələcəkdə qiymətləndiriləcək.

Qeyd edək ki, Lionel Messi peşəkar karyerasına başlamazdan əvvəl “Nyuells Old Boyz”un aşağı yaş qruplarında çıxış edib.

Pulişiç “Milan”da qalacaq? Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью