Messinin Braziliya kökləri üzə çıxdı

25.07.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Messinin Braziliya kökləri üzə çıxdı

Argentina millisinin kapitanı Lionel Messinin Braziliya köklərinin olduğu üzə çıxıb.

QOL.az xəbər verir ki, "Globo"nun yaydığı məlumata görə, italiyalı tarixçi Fiorenzo Santini futbolçunun ailə şəcərəsini araşdırarkən Messinin ana tərəfdən ulu babası Federiko Kuççittininin 1904-cü ildə Braziliyanın San-Paulu ştatının Ribeiran-Pretu şəhərində doğulduğunu müəyyənləşdirib.

Bildirilir ki, onun valideynləri İtaliyadan Braziliyaya köçüb, daha sonra isə 1905-ci ildə Argentinanın Rosario şəhərinə yerləşiblər. Məhz burada Messinin babası Antonio Kuççittini, daha sonra isə Lionel Messi dünyaya gəlib.

Araşdırmaya əsasən, ailənin soyadı da məhz Braziliyada dəyişdirilib. Tarixçi qeyd edib ki, İtaliyada rast gəlinməyən "Cuccittini" soyadı futbolçunun ailəsinin Braziliya ilə əlaqəsini müəyyənləşdirməyə kömək edib.

Hazırda Messinin Braziliyada yaşayan qohumlarının olmadığı, ailənin ölkəni hələ 1905-ci ildə tərk etdiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью