Messinin cangüdəni basketbol ulduzunu yerə sərdi

08.06.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İnter Mayami"nin və Argentina yığmasının ulduz hücumçusu Lionel Messinin şəxsi mühafizəçisi Yassin Çueko futbol əfsanələri Ronaldinyo və Roberto Karlosun təşkil etdiyi illik xeyriyyə oyununda iştirak edib.

Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Məlumata görə, epizodların birində Çueko rəqib komandadan 51 yaşlı Basketbol ​​Şöhrət Zalının üzvü Stiv Neşə qarşı mübarizə aparıb. Cangüdən oyun qaydalarını kobud şəkildə pozaraq Neşi yerə sərib.

Qeyd edək ki, Çueko İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik, ABŞ Ordusu Xüsusi Qüvvələrinin bir neçə MMA döyüşü keçirmiş sabiq əsgəridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью