Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İnter Mayami"də çıxış edən Lionel Messinin şəxsi mühafizəçisi Yassin Çueko da məşhurluqda ondan geri qalmır.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan müxtəlif videolar onun tanınmasına səbəb olub.
ABŞ ordusunun keçmiş əsgəri, əvvəllər elit Amerika xüsusi təyinatlı dəstəsində xidmət etmiş Yassin Leonu qorumaq üçün əlindən gələni edir.
Hazırda isə o istirahətdədir. Bunun səbəb isə Messinin mövsümlərarası tətildə olmasıdır. Bu da ona rahat istirahət etməyə imkan verir.
Çueko üçün futbol təkcə ulduz müştərinin gördüyü iş deyil, həm də özünün sevimli idman növüdür.
Bu yaxınlarda Yassinin başqa bir ulduz futbolçu Pol Poqba ilə əyləndiyini əks etdirən videolar yayımlanıb.
Fransız futbolçu hazırda komandasız qalıb. O, tez-tez ABŞ-a səfər edir. Polun yerli klublardan birinə keçə biləcəyi barədə şayiələr var.