Messinin Çempionlar Liqasındakı nailiyyətini təkrarladı

12.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İspaniyanın "Barselona" klubunun futbolçusu Ferran Torres UEFA Çempionlar Liqasında (ÇL) Lionel Messinin nailiyyətini təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 24 yaşlı vinger buna Almaniyada Dortmund "Borussiya"sına qalib gəldikləri görüşdə (3:2) dubl etməklə nail olub.

O, Kataloniya təmsilçisinin tarixində ÇL-də sonradan oyuna girərək iki qol vuran dördüncü oyunçudur. 71-ci dəqiqədə Robert Levandovskini əvəzləyən F.Torres 75 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, daha əvvəl "Barselona"da 2008-ci ildə Lionel Messi ("Şaxtyor"la matçda), 2012-ci ildə Kristian Telyo ("Bayer 04"lə oyunda), 2015-ci ildə isə İvan Rakitiç (BATE ilə görüşdə) bunu bacarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью