Messinin dəyəri 5 milyon avro azaldı

14.12.2024

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Argentina millisinin və ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messinin transfer dəyəri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, dünyaca məşhur “Ttransfermarkt” portalı argentinalı superulduzun yeni transfer qiymətini 20 milyon avro olaraq müəyyənləşdirib.
Qeyd edək ki, portal onun transfer qiymətini bu vaxta qədər 25 milyon avro olaraq qiymətləndirirdi.
Xatırladaq ki, Lionel Messi bir müddət öncə “İnter Mayami”dəki komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birgə Azərbaycanda səfərdə olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью