Messinin dostu Azərbaycan klubunu alır? Özü açıqladı

09.12.2024

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bir müddət öncə sosial şəbəkələrdə və bəzi media qurumlarında iş adamı Adnan Əhmədzadə haqda məlumatlar dərc olundu.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, informasiya adı çəkilən şəxsin "Mingəçevir" futbol klubunu alaraq sponsorluq etməsi ilə bağlı idi.

Bu xəbər ölkə mətbuatında yaxşı mənada şok effekti yaratdı. Çünki çoxları Lionel Messinin, Ronaldinyonun, "Barselona"nın prezidenti Xuan Laportanın dostunun Azərbaycanda futbola sərmayə qoyması təbii ki, xoş hal olardı.

Lakin yayılan xəbərlər həqiqəti əks etdirmirmiş. Məsələ ilə bağlı iş adamı qısa və net cavab verib. Adnan Əhmədzadə məlumatın paylaşıldığı instaqram səhifələrinin birinə məsələ ilə bağlı münasibət bildirib:

"Fake News - Düzgün məlumat deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью