Messinin dubl seriyası davam edir!

16.07.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“İnter Mayami” MLS-də növbəti oyununu keçirib.
Mayami klubu “Neşvill”lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, Lionel Messi dubl etməklə komandasının qələbəsində böyük rol oynayıb. Argentinalı hücumçu ardıcıl 5-ci matçda 2 qol vurub. Bu, MLS-də yeni rekorddu! Ümumilikdə isə Messi turnirdə ardıcıl 6-cı oyunda rəqib qapısına yol tapıb.
38 yaşlı hücumçu hazırda 17 qolla çempionatın bombardiridi. “İnter Mayami” isə Şərq konfransında 19 oyuna 38 xalla 5-ci yerdədi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью