Messinin etdiyini Torres də bacardı

12.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Barselona"nın futbolçusu Ferran Torres UEFA Çempionlar Liqasında (ÇL) Lionel Messinin nəticəsini təkrarlayıb.

Fanat.Az xəbər verir ki, 24 yaşlı vinger bunu Almaniyada Dortmund "Borussiya"sına qalib gəldikləri görüşdə (3:2) dubl etməklə reallaşdırıb.

O, Kataloniya təmsilçisinin tarixində ÇL-də sonradan oyuna girərək iki qol vuran dördüncü oyunçudur. 71-ci dəqiqədə Robert Levandovskini əvəzləyən Ferran 75 və 85-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Qeyd edək ki, daha əvvəl "Barselona"da 2008-ci ildə Lionel Messi ("Şaxtyor"la matçda), 2012-ci ildə Kristian Telyo ("Bayer Leverkuzen"lə oyunda), 2015-ci ildə isə İvan Rakitiç (BATE ilə görüşdə) bunu bacarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью