Messinin gedişindən sonra Barcelona cərimə zərbələrində çətinlik çəkir | Icma.az
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Barcelona" Lionel Messinin komandadan ayrılmasından sonra cərimə zərbələrində ciddi geriləmə ilə üzləşib.
Redaktor.az xəbər verir ki, argentinalı ulduzun komandadakı fəaliyyəti dövründə cərimə zərbəsindən 50 qol vurması fonunda, onun gedişindən sonra bu göstərici ciddi şəkildə aşağı düşüb.
Messi "Barcelona" karyerası ərzində cərimə zərbəsindən vurduğu son qolu 2 may 2021-ci ildə "Valencia"ya qarşı keçirdiyi oyunda qeyd alıb.
Onun ayrılmasından sonra komanda 89 cəhdə baxmayaraq, cəmi 3 dəfə fərqlənə bilib.
Mövsüm-mövsüm statistik göstəricilər belədir: 2021–22 mövsümü: 15 cəhd - 0 qol. 2022–23 mövsümü : 20 cəhd - 0 qol.
2023–24 mövsümü: 21 cəhd - iki qol Ferran Torres – "Real Betis"ə qarşı Robert Lewandowski – "Valencia"ya qarşı 2024–25 mövsümü: 27 cəhd - bir qol.
Pablo Torre – "Sevilla"ya qarşı 2025–26 mövsümü (indiyədək) 6 cəhd - 0 qol.
Tam oxu
Xəbəri oxu