Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün dünya futbolun məşhur simaları, Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər.
Onlar "Bakı Kristal Zalı"nda pərəstişkarları ilə xeyriyyə tədbirində görüşüb əyləndilər.
Eyni zamanda, Messinin futbol həyatını və mübarizəsini əks etdirən film də izlənilib.
Bunlar çox gözəl, bəs görəsən Messinin Bakıya gəlişi milli futbolumuza nə kimi xeyri oldu?
Mövzu ilə bağlı SİA olaraq Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanovun fikrini öyrəndik.
Onun sözlərinə görə, Messinin gəlişi futbolumuza heçnə vermədi, amma Messi azerkeşləri ücün yaxşı bir hal oldu: "Onlar öz sevimli futbolçusunu gördülər.
Düşünürəm ki bu reklam xarakterli idi. Futbolun inkişafı ilə bunun heç bir əlaqəsi yoxdur.