Messinin göstəricisini təkrarladı

06.11.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Sportinq” UEFA Çempionlar Liqasının 4-cü turunda “Mançester Siti”ni məğlub edib – 4:1. Portuqaliya klubunun hücumçusu Viktor Qyökereş bu görüşdə üç qol vurub.

QOL.az xəbər verir ki, isveçli forvard Çempionlar Liqasında “Mançester Siti” ilə matçda het-trik edən üçüncü futbolçu olub.

Buna qədər Lionel Messi 2016-c ildə “Barselona”da, 2021-ci ildə isə Kristof Nkunku “Leypsiq”də çıxış edərkən “şəhərlilər”ə 3 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью