Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Argentina yığması “Monumental” stadionunda Beninlə yoldaşlıq görüşünə hazırlaşır. Bu qarşılaşma Lionel Messi üçün milli komandanın heyətində doğma azarkeşlər önündə son matç olacaq.
Futbolpress.az xəbər verir ki, Benin milli komandasının qolkiperi Marsel Danjinu “Marca” nəşrinə açıqlamasında bu oyunun böyük əhəmiyyət kəsb etdiyini, lakin meydançaya güzəşt üçün çıxmadıqlarını bildirib:
“Bu, ömürdə bir dəfə ələ düşən şansdır, çünki Messinin son matçıdır. Argentinaya və Messiyə hörmətlə yanaşırıq, lakin öz ölkəmizi təmsil etdiyimizi də unutmuruq. Bura turist kimi yox, mübarizə aparmağa gəlmişik”.
Danjinu Messiyə rahat qol imkanı yaradılacağı ilə bağlı iddiaları qətiyyətlə təkzib edib:
“Mən qapıçıyam və vəzifəm zərbələri qaytarmaqdır. Hətta sonuncu dəqiqə olsa və penalti təyin edilsə də, zərbəni osaxlamağa çalışacağam. Heç kəs deməyib ki, Messiya qol hədiyyə etməliyik. Onun kimi futbolçunun da hədiyyəyə ehtiyacı yoxdur. Əgər qol vurmaq istəyirsə, bunun üçün mümkün olan hər şeyi etməlidir”.