futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Betis”in futbolçusu Covani Lo Çelso karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “İnter Mayami” klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Əndəlüs mətbuatı məlumat yayıb.
La Liqa klubu Covani üçün 5 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar yaxın zamanda başlayacaq.
Lo Çelso 2021 və 2024-cü illərdə Argentina yığması ilə Amerika Kubokunu qazanıb.
“İnter Mayami”də onun həmyerlisi Lionel Messi çıxış edir.