Messinin heykəli yenə dağıdıldı

01.12.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Messinin heykəli yenə dağıdıldı

Argentinada Lionel Messinin heykəli vandalların hücumuna məruz qalıb.

QOL.az xəbər verir ki, Mar del Plata şəhərində ulduz futbolçunun şərəfinə ucaldılan abidə naməlum şəxslər tərəfindən dağıdılıb. Hücum nəticəsində heykəlin iki yerə bölündüyü bildirilir.

DÇ-2022-dəki qələbəyə həsr olunan heykəldə Messi əlində Dünya Kuboku ilə təsvir edilmişdi. Hazırda hadisənin təfərrüatları araşdırılır və heykəlin bərpa olunub-olunmayacağı dəqiqləşdirilir.

Qeyd edək ki, bu, abidəyə qarşı ilk vandalizm aktı deyil. 2024-cü ildə də heykəlin baş hissəsi qoparılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью