Messinin Hindistandakı heyəli sökülə bilər

27.05.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Messinin Hindistandakı heyəli sökülə bilər

Hindistanda Lionel Messinin 21 metrlik heykəli sökülə bilər.

QOL.az xəbər verir ki, Hindistanda "İnter Mayami"nin və Argentina yığmasının hücumçusu Lionel Messinin 21 metrlik heykəlinin konstruksiyanın dayanıqsızlığı səbəbindən sökülməsi planlaşdırılır.

BBC nəşrinin məlumatına görə, Qərbi Benqal ştatının Qanunverici Məclisinin deputatı Şaradvata Mukerci məsələ ilə bağlı bunları deyib: 

"Argentina futbolu əfsanəsinin heykəlinin konstruksiyasının təhlükəli olduğu ortaya çıxıb. Biz heykəlin külək əsərkən yelləndiyini müşahidə etdik".

Aparılan yoxlamalardan sonra konstruksiya möhkəm troslarla bərkidilib, insanların və nəqliyyat vasitələrinin yaxınlaşmasını məhdudlaşdırmaq üçün ətrafına maneələr quraşdırılıb. Hazırda yerli hakimiyyət orqanları heykəlin qoyulması üçün alternativ məkanları nəzərdən keçirirlər.

Xatırladaq ki, L.Messi 2025-ci ilin dekabrında heykəlin açılış mərasimində iştirak edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью