Messinin “İnter Mayami”nin heyətində ilk pokeri VİDEO

30.08.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də “Monreal”a qarşı keçirilən oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib. 
Bizim.Media xəbər verir ki, qarşılaşma Florida klubunun 7:1 hesablı qələbəsi ilə başa çatıb.
39 yaşlı argentinalı futbolçu karyerasında 8-ci dəfə bir oyunda ən azı 4 qol vurub. Bu, Messinin “İnter Mayami”nin heyətində ilk pokeridir.
Messi sonuncu dəfə 22 fevral 2020-ci ildə “Barselona”nın heyətində La Liqada “Eybar”a qarşı oyunda poker etmişdi. Həmin görüşdə kataloniyalılar 5:0 hesabı ilə qalib gəlmişdi.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью