Messinin klubu məğlub oldu Yeni Sabah

10.11.2024

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İnter Mayami" və "Atlanta Yunayted" arasında MLS-də 1/8 final mərhələsinin üçüncü pley-off oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, qonaqlar Mayamidə 3:2 hesabı ilə qalib gəliblər.

Argentinalı hücumçu Lionel Messi 65-ci dəqiqədə başla qol vuraraq hesabı 2:2 edib. Bu, onun karyerasındakı 850-ci qol olub.

Məğlubiyyətdən sonra "İnter Mayami" MLS-də mübarizəni dayandırıb. "Atlanta Yunayted" isə 1/4 finala yüksəlib.

Xatırladaq ki, ilk oyunda "İnter Mayami", ikinci matçda isə "Atlanta Yunayted" eyni hesabla (2:1) qalib gəlib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью