Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” futbol klubunda baş məşqçi dəyişikliyi baş verib.
İdman.Biz xəbər verir ki, ABŞ klubu argentinalı mütəxəssis Kristian Qonzaleslə razılığa gəlib. Bu barədə məlumatı klub rəsmən təsdiqləyib.
52 yaşlı Qonzales baş məşqçi postunda Gilyermo Hoyosu əvəzləyəcək. Argentinalı mütəxəssis iş icazəsi ilə bağlı prosedurlar tamamlandıqdan sonra vəzifəsinin icrasına başlayacaq. Həmin müddətdə komandanı Gilyermo Hoyos çalışdıracaq.
Qonzalesin təyinatı Lionel Messi ilə bağlılığı baxımından da diqqət çəkir. Hər iki argentinalı futbolçu Rosario şəhərində anadan olub. Qonzales futbolçu kimi karyerasına “Rosario Sentral”da başlayıb və daha sonra bu klubun baş məşqçisi olub. O, həmçinin “Unyon” və “Platense” komandalarını çalışdırıb.
Qonzales futbolçu karyerası ərzində Argentina millisində Messi ilə eyni komandada çıxış edib. Onların milli komandadakı yolları 2005-ci ildə dünya çempionatının seçmə mərhələsində kəsişib.
“İnter Mayami” hazırda MLS-in Şərq Konfransında ikinci pillədə qərarlaşıb. Komanda son 5 matçda qələbə qazana bilməyib - dörd məğlubiyyət və bir heç-heçə.
Qeyd edək ki, Qonzalesin gəlişi rəsmiləşdikdən sonra o, “İnter Mayami”nin bu mövsümdə üçüncü baş məşqçisi olacaq.