Messinin komandası 1/4 finalın ilk oyununda uduzdu

03.04.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi ABŞ-ın "İnter Mayami" komandası KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsində ilk oyununu keçirib.

"Unikal" xəbər verir ki, Mayami təmsilçisi səfərdə “Los-Anceles”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 57-ci dəqiqədə Neytan Ordas vurub.

Qonaq komandanın heyətində Lionel Messi, uruqvaylı hücumçu Luis Suares, ispaniyalı müdafiəçilər Serxio Busqets və Jordi Alba 90 dəqiqə meydanda olublar.

Qeyd edək ki, cavab matçı aprelin 9-dan 10-na keçən gecə Floridada keçiriləcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью