Messinin komandası Çempionlar Kubokunda 1/8 finala adladı VİDEO

26.02.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın “İnter Mayami” klubu KONKAKAF Çempionlar Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, Devid Bekhemin sahibi olduğu komanda 1/16 finalın cavab oyununda öz meydanında "Sportinq Kanzas Siti"ni 3:1 hesabı ilə məğlub edib.
Ev sahibi komandanın qollarını Lionel Messi, Tadeo Alyende və Luis Suares vurublar.
İlk matçda 1:1 hesablı heç-heçə qeydə alındığından “İnter Mayami” adını növbəti mərhələyə yazdırıb. Kollektiv 1/8 finalda “Kavalyer”lə qarşılaşacaq.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью