Messinin komandası hakimin cəzalandırılmasını tələb edir

17.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Messinin komandası hakimin cəzalandırılmasını tələb edir

MLS-də “İnter Mayami” - “Neşvill” matçından sonra hakimliklə bağlı narazılıq yaranıb.

QOL.az xəbər verir ki, “Motivaciones Fútbol” nəşrinin məlumatına görə, Florida klubu görüşün baş hakimi Dryu Fişerin idarəçiliyi ilə bağlı rəsmi araşdırma tələb etmək imkanını nəzərdən keçirir.

Klubun narazılığı əsasən Lionel Messi və Kazemiroya göstərilən sarı vərəqələrlə bağlıdır.

Məlumata görə, MLS və PRO hakimlər təşkilatı qarşılaşmanın görüntülərini ətraflı şəkildə araşdıraraq kritik epizodlarda ciddi hakim səhvlərinin olub-olmadığını müəyyənləşdirəcək. Fişerin idarəçiliyi qeyri-qənaətbəxş hesab olunarsa, kanadalı hakimin daxili qiymətləndirməsi aşağı salına və qarşıdakı oyunlara təyinatı dayandırıla bilər.

Lakin liqanın qaydalarına əsasən, verilmiş intizam qərarları ləğv edilə bilməz. Bu səbəbdən Messi və Kazemiroya göstərilən sarı vərəqələr qüvvədə qalacaq.

Qeyd edək ki, qarşılaşma “İnter Mayami”nin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью