Messinin komandası məğlub oldu VİDEO

25.10.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Nyu-York Red Bulls" MLS-də "İnter Mayami"ni qəbul edib.
Bizim.Media  xəbər verir ki, oyun Harrisondakı "Red Bull Arena"da baş tutub və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada qələbə qolunu Emil Forsberq vurub, "İnter Mayami"nin braziliyalı yarımmüdafiəçisi Kazemiro isə avtoqol sahibi olub.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi oyunu ehtiyat oyunçular skamyasında izləyib və meydançaya 56-cı dəqiqədə daxil olub. Luis Suares də start heyətdə oynayıb.
"Nyu-York Red Bulls" növbəti MLS matçında "New England Revolution"la qarşılaşacaq. "İnter Mayami" isə öz növbəsində "Sinsinnati" ilə oynayacaq. Hər iki matç 29 oktyabrda keçiriləcək.

Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью