Messinin komandası mübarizəni dayandırdı

10.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İnter Mayami" və "Atlanta Yunayted" arasında MLS-də 1/8 final mərhələsinin üçüncü pley-off oyunu keçirilib.

QOL.az xəbər verir ki, Mayamidəki "DVR Stadium"da keçirilən qarşılaşmada "Atalanta Yunayted" 3:2 hesabı ilə qalib gəlib.

Mayami təmsilçisində çıxış edən argentinalı hücumçu Lionel Messi 65-ci dəqiqədə başla qol vuraraq hesabı 2:2 edib. Bu, onun karyerasındakı 850-ci qol olub.

Bu məğlubiyyətdən sonra "İnter Mayami" MLS-də mübarizəni dayandırıb. "Atlanta Yunayted" isə 1/4 finala yüksəlib.

Xatırladaq ki, ilk oyunda "İnter Mayami", ikinci matçda isə "Atlanta Yunayted" eyni hesabla (2:1) qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью