Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Argentinalı hücumçu Lionel Messinin formasını geyindiyi “İnter Mayami” Liqalar Kubokunda növbəti matça çıxıb.
Futbolpress.az xəbər verir ki, MLS təmsilçisi Meksikanın “Leon” komandası ilə qarşılaşıb. 5 qolun vurulduğu görüş “İnter Mayami”nin məğlubiyyəti ilə başa çatıb – 2:3.
Messi bu matçda ikinci hissədə meydana daxil olub.
“İnter Mayami” Liqalar Kubokunda keçirdiyi üç matçda da uduzub və xalsızdır. Komanda 18 kollektiv arasında 16-cı sıradadır.