Messinin komandası yenə qalib gəldi VİDEO

30.11.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi yeni rekorda imza atıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı futbolçu dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub.
Təcrübəli hücumçu bunu MLS-in Şərq Konfransının pley-off mərhələsində “Nyu-York Siti” ilə final matçında (5:1) assist etməklə bacarıb.
Peşəkar karyerasında məhsuldar ötürmələrin sayını 405-ə çatdıran ulduz futbolçu macarıstanlı Ferens Puşkaşı geridə qoyaraq, bu nominasiya üzrə bütün zamanların ən yaxşısı olub.
 

Qeyd edək ki, “İnter Mayami” MLS-də mövsümün həlledici oyununu Qərb Konfransının qalibi olan Kanadanın “Vankuver” klubuna qarşı keçirəcək.


Çempionluq matçı dekabrın 6-da reallaşacaq.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью