Messinin komandası yenə qalib gəldi VİDEO

15.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

«İnter Mayami» MLS müntəzəm mövsümünün 29-cu turunda doğma meydanda «Nyu-York Siti»ni 2:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci qələbəsini qazanıb və MLS pley-off mərhələsinə vəsait təmin edib.
Bizim.Media xəbər verir ki, Lionel Messinin başladığı kombinasiyanı Luis Suaresin ötürməsi və Xerman Berteramenin dəqiq zərbəsi tamamlayıb: 1:0.
Birinci hissəyə əlavə olunmuş vaxtda Messinin məhsuldar ötürməsindən sonra Rodriqo de Pol fərqi iki topa çatdırıb: 2:0.
Əlavə olunmuş vaxtın son saniyələrində "Nyu-York Siti"nin futbolçusu Nikolas Fernandes vurulan penaltini dəqiq yerinə yetirə bilməyib, qapıçı Deyn Sent-Kler topun dirəyə dəyməsinə nail olaraq qapısını toxunulmaz saxlayıb.

Lio Messi bu matçda 90 dəqiqə meydanda olub. Həm Argentina milli komandasında, həm də klubda ardıcıl 7 rəsmi oyundan sonra ilk dəfə qol vurmasa da, matçda 1 məhsuldar ötürmə (asist) verərək komandasının qələbəsində mühüm rol oynayıb.


"İnter Mayami" növbəti turda səfərdə "Atlanta Yunayted" klubu ilə qarşılaşacaq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью