Messinin məhsuldar ötürmələri İnter Mayami nin qələbəsinə kifayət etmədi

23.02.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnter Mayami" MLS-in yeni mövsümündəki ilk oyununda "Nyu York Siti"yə qalib gələ bilməyib. 

Fanat.Az xəbər verir ki, görüş 2:2 hesabı ilə bərabərə bitib. 

Mayamililərin heyətində Tomas Aviles və Telasko Seqoviya hərəyə bir qol vurub. "İnter Mayami"nin argentinalı ulduz hücumçusu Lionel Messi hər iki qolun ötürməsini verib. 

Qeyd edək ki, fərqlənən Aviles meydandan qovulandan sonra "qaralar" birinci hissənin ortalarından on nəfərlə oynayıb. “Nyu York Siti”dən isə Mitya İleniç və Alonso Martines fərqləiblər. 

Xatırladaq ki, Lionel Messi ötən mövsüm MLS-də "İnter Mayami"nin heyətində 22 oyun keçirib, 21 qol vurub və 11 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью