Messinin növbəti rekordu

21.06.2025

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Lionel Messi ABŞ-ın “İnter Mayami” klubunun tarixinə düşüb. Belə ki, argentinalı hücumçu klub tarixində 50 qol vuran ilk oyunçu olub.

Bu, klublararası dünya çempionatınnın II turunun A qrupunda baş tutan “Portu” ilə oyundan (2:1) sonra reallaşıb. Argentinalı futbolçu görüşün 54-cü dəqiqəsində cərimə zərbəsindən fərqlənib. Bu, Messinin “İnter Mayami”nin heyətində 50-ci qolu olub.

Qeyd edək ki, ABŞ klubunun bombardirləri siyahısında Luis Suares (33) ikinci, Leonardo Kampana (32) üçüncüdür.

M.HACIXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью