Messinin oğlu Pedrinin formasını seçdi VİDEO

09.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Argentinalı hücumçu Lionel Messinin böyük oğlu Tiaqo futbol forması seçimi ilə diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, “The Touchline”ın sosial şəbəkə hesabında 14 yaşlı futbolçunun məşhur atası ilə fotosu paylaşılıb. Şəkildə Tiaqo “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedrinin adı və səkkiz nömrəsi yazılmış formada görünür.

Maraqlıdır ki, onun atası uzun illər Kataloniya klubunun əsas ulduzu olub və 10 nömrəli formanı geyinib.

Bu yaxınlarda 14 yaşı tamam olan Tiaqo Messi futbol təhsilini “İnter Mayami”nin akademiyasında davam etdirir.

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılıb. Klubun maliyyə çətinlikləri onunla müqavilənin yenilənməsinə imkan verməyib. Argentinalı futbolçu 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью