Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
MLS finalında Lionel Messinin kapitanı olduğu "İnter Mayami" "Vankuver Uaytkeps" komandası ilə qarşılaşıb.
Redaktor.az xəbər verir ki, oyunun 8-ci dəqiqəsində "İnter Mayami" "Vankuverə" qarşı 1-0 hesabı ilə irəli çıxıb. Belə ki, Tadeo Allendenin sol cinaha ötürdüyü top Okampoya dəyərək qapıdan keçir.
60-cı dəqiqədə "Vankuver"in oyunçusu Əli Əhmədin vurduğu qolla hesab bərabərləşir - 1:1.
71-ci dəqiqədə "İnter Mayami"nin hücumçusu De Paul Messinin ötürməsini qola çevirir - 2-1.
90+6-cı dəqiqədə Messinin daha bir ötürməsi qolla nəticələnir. Bu dəfə Allende fərqlənir - 3:1.
Beləliklə, Messinin ötürmələri ilə "İnter Mayami" MLS finalında qalib gəlir.
Bununla da Lionel Messi karyerasında 48-ci kuboku qazanır.
Qeyd edək ki, Messi futbol tarixində ən çox kubok qazanan futbolçudur.
Turan ASLAN