Messinin oynamadığı matçda 4 qol vuruldu

01.10.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Argentina millisi yoldaşlıq görüşündə Boliviya ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, Kordovadakı “Mario Alberto Kempes” stadionunda keçirilən oyun argentinalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qolları Lautaro Martines (19), Niko Pas (29), Kristian Romero (53) və Xese Lopes (83) vurub.

Bu, Argentina millisinin DÇ-2026-nın finalında İspaniyaya uduzduqları oyundan (0:1) sonrakı ilk qarşılaşmasıdır. Millinin lideri Lionel Messi bu oyunda iştirak etməyib. 39 yaşlı hücumçu oktyabrın 6-da Beninlə keçirilən görüşdə yığmada vida matçına çıxacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью