Messinin qolu İnter Mayami yə 3 xal gətirdi

30.03.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" MLS-in 6-cı turunda "Filadelfiya Yunion"u qəbul edib.

QOL.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mayami təmsilçisinin qollarını Robert Teylor (33) və Lionel Messi (57) vurub.

"Filadelfiya Yunion"dan isə Daniel Qazdaq fərqlənib.

“İnter Mayami” qhazırda turnir cədvəlində 13 xalla liderdir. "Filadelfiya Yunion" isə 12 xalla 2-cidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью