Messinin qolu komandasını xilas etmədi | Icma.az
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Argentina millisinin futbolçusu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" ABŞ-nin MLS çempionatında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, Mayami təmsilçisi pley-offda "Atlanta Yunayted" ilə üz-üzə gəlib.
Tərəflər arasındakı üçüncü oyunda "İnter Mayami" rəqibinə 2:3 hesabı ilə uduzub.
Messi 65-ci dəqiqədə fərqlənsə də, məğlubiyyətdən qaça bilməyiblər.
Qeyd edək ki, pley-offun əvvəlki iki qarşılaşmasında komandaların hər biri 2:1 hesabı ilə qalib gəlib.
"İnter Mayami" MLS-in müntəzəm mövsümündə 74 xalla birinci olmuşdu. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu