Messinin rekordunu təkrarladı

09.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın hücumçusu Robert Levandovski La Liqada qollarını sıralamaqdadır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polşalı forvard 17-ci turda ötən gecə "Betis"lə keçirilən oyunda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq mövsümdəki qol sayını 16-a çatdırıb. 36 yaşlı futbolçunun La Liqada bu mövsüm oyun sayı da 16-dır.

Bununla da Levandovski  Lionel Messiyə aid olan rekordu təkrarlayıb. "Barselona"nın keçmiş hücumçusu da 2018-2019 mövsümündə mövsümün ilk 16 oyununda 16 qol vurmağı bacarmışdı. 

Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub, 2 qol ötürməsi edib.
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью