Messinin son oyunu buraxmasının səbəbi bilindi

03.03.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano futbolçusu Lionel Messinin MLS-in "Hyuston Dinamo" ilə matçını (4:1) buraxmasından danışıb.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, o, 37 yaşlı hücumçuya istirahət verdiyini deyib:

“Əlbəttə ki, biz bu barədə danışmışıq. Dünyada Messi kimi öz bədənini başa düşən bir futbolçu tanımıram. Altı gündə üç matç keçirmişdi. Biz düşündük ki, ona bir az dincəlmək lazımdır".

Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью