Messinin tədbirinə əlavə biletlər satışa çıxarılacaq

08.12.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Lionel Messi və komanda yoldaşlarının tədbirinə əlavə biletlər satışa çıxarılıb.

Axar.az xəbər verir ki, görüş dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək.

Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur "Morandi" qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью