Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə ABŞ-nin MLS çempionatının pley-off mərhələsində Lionel Messinin topu rəqibinin üzünə vurması ilə bağlı müzakirələr davam edir. Hadisənin iştirakçısı Qonsalo Tapia isə baş verənləri böyütməyə ehtiyac görmür.
İdman.Biz xəbər verir ki, ABŞ-nin “Kolumbus Kryu” futbol komandasının çilili hücumçusu “İnter Mayami” ilə qarşılaşmada yaşanan insident barədə “Deporte Total USA” nəşrinə açıqlama verib.
“Danışmağa dəyər heç nə yoxdur. Bu, sadəcə, oyundakı bir epizod idi və düşünmürəm ki, buna daha çox diqqət yetirmək lazımdır. Hər şey elə oradaca bitdi, başqa heç nə baş vermədi. Bu, futbolun bir hissəsidir. Bizim başımıza gəldiyi kimi, belə hadisə başqa vaxtda və ya başqa vəziyyətdə də yaşana bilərdi. Futbolda belə hallar olur və məsələ bununla da bağlandı”, - deyə Tapia bildirib.
Xatırladaq ki, MLS-in pley-off mərhələsinin ilk oyununda Messi aut atışını yerinə yetirərkən ona mane olmağa çalışan Tapiyanın üzünə topu atıb. Qarşılaşmanın baş hakimi Allen Çepmen hər iki futbolçuya sarı vərəqə göstərib.
Görüş “Kolumbus Kryu”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.