Messinin varisi o OLDU

02.09.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin milli komandadan ayrılmasından sonra 10 nömrəli formanı kimin geyinəcəyinə qərar verib.

Redaktor.az “Goal”a istinadla xəbər verir ki, 21 yaşlı Niko Pas komandanın yeni 10 nömrəsi olacaq. Bu qərarın müzakirələr zamanı qəbul edildiyi bildirilib. Niko Pasın “10 nömrə” üçün Entso Fernandes və Aleksis Mak Allisteri qabaqladığı qeyd edilib.

Niko Pas indiyədək yığmada 11 oyun keçirib və 18 nömrəli forma ilə çıxış edib. Lionel Messi isə 2009-cu ildən Argentina millisində 10 nömrəli formanı geyinib. O, bu forma ilə 172 matçda meydana çıxıb.

Qeyd edək ki, Argentina millisi sentyabr və oktyabr aylarında 4 yoldaşlıq görüşü keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью