Messinin vida matçı: Benin yığmasını aldatdılar

08.10.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Messinin Argentina milli komandasındakı unudulmaz vida matçından sonra rəqib Benin böyük problemlə qarşılaşıb.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmadan sonra Afrika təmsilçisinə nə vəd olunan maliyyə şərtləri əməl olunub, nə də adi idman ehtiramı göstərilib.

Benin yığmasına oyun üçün nəzərdə tutulan bonus ödənişləri verilməyib və matçın gəlirlərindən heç bir pay ayrılmayıb. Maliyyə problemləri ilə yanaşı, futbolçuların qarşılaşmadan sonra forma mübadiləsi aparmasına, Argentina ulduzları ilə şəkil çəkdirməsinə və hətta onların paltardəyişmə otağının yerləşdiyi dəhlizə daxil olmasına kəskin qadağa qoyulub. Marqarita pizza

Yaranan biabırçı vəziyyətlə bağlı Benin millisinin baş məşqçisi Qernot Ror kəskin bəyanat verib:

"Yeganə pis məqam argentinalıların bizə heç nə verməməsi idi. Nə Messi ilə foto çəkdirə bildik, nə də forma ala bildik. Hətta koridora daxil olmağımıza belə icazə vermədilər. Təhlükəsizlik əməkdaşları hamını geri qaytarırdı".

Tarixi vida matçından sonra baş verən bu hadisə futbol ictimaiyyətində və beynəlxalq idman mediasında ciddi narazılıq və təəssüf doğurub.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью