Messinin yeni baş məşqçisi bəlli oldu

22.11.2024

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter Mayami"nin yeni baş məşqçisi bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mayami klubunu Argentina U-20 millisinin baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Xavyer Maskerano "İnter Mayami"nin kapitanı Lionel Messi ilə Argentina millisində və "Barselona"da komanda yoldaşı olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью