Messinin yeni fiquru hazırlandı

07.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Lionel Messi çoxdan dünyanın ən məşhur adamları sırasına daxil olduğu üçün müxtəlif məkanlarda heykəli ucaldılıb.

Onun orijinal fiquruna özü kimi məşhur olan muzeydə də tamaşa etmək olar.
Maraqlı xəbər odu ki, Argentina yığmasının və “İnter Mayami”nin hücumçusu üçün yeni heykəl hazırlanıb. 37 yaşlı futbolçunun heykəli ABŞ-nin Orlando şəhərindəki “Madam Tüsso” muzeyində yerləşdirilib. Messinin “İnter Mayami”nin formasındakı fiquru izləyicilərdə böyük marağa səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью