Messinin yeni rekordu

11.07.2025

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi nadir rekorda imza atıb. Belə ki, o, MLS tarixində ardıcıl 4 matçda dubl edən ilk oyunçu olub. Messi bunu “Nyu İnqlend Revoluşın” klubuna 2:1 hesabı ilə qalib gəldikləri görüşdə dubl müəllifi olmaqla reallaşdırıb.

Qeyd edək ki, 38 yaşlı ulduz futbolçu daha əvvəl “Kolumbus Kryu” (5:1) və “Monreal İmpakt” (4:1, 4:2) komandalarına qarşı görüşlərdə də dubla imza atıb.

M.HACIXANLI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью