Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Argentina millisinin və “Sevilya”nın sabiq yarımmüdafiəçisi Ever Banega 38 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb.
QOL.az xəbər verir ki, argentinalı futbolçu bu barədə ESPN nəşrinə danışıb:
“Karyeramı başa vurduğum 100 faiz dəqiqdir. Hətta Messi məni “İnter Mayami”yə dəvət etsəydi belə, ona “yox” deyərdim. Artıq yaşım çoxdur. Bir çox klubda çıxış edən perspektivli futbolçuların yerini tutmaq istəmirəm”.
Qeyd edək ki, Banega karyerası ərzində “Sevilya”, “Valensiya”, “Əl-Şəbab”, “Nyuelz Old Boyz”, “Boka Xuniors”, “İnter” və “Atletiko”da çıxış edib.
Xatırladaq ki, o, “Sevilya” ilə 3 dəfə Avropa Liqasının qalibi olub. “Boka Xuniors”un heyətində isə 2007-ci ildə Libertadores Kubokunu qazanıb. Banega Argentina millisində 65 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.